• cümə, 19 Aprel, 23:34
  • Baku Bakı 24°C

Gənclər əmək bazarına çıxış imkanları ilə bağlı məlumatlandırıldı

11.12.17 16:59 2492
Gənclər əmək bazarına çıxış imkanları ilə bağlı məlumatlandırıldı
Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi tərəfindən gənclərin uğurlu karyera qurmalarına və məşğulluqlarının təmin olunmasına ictimai dəstək məqsədilə "Gənclərin əmək bazarına çıxış imkanlarının artırılması” layihəsini həyata keçirilib. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və Təhsil Nazirliyinin təşkilati dəstəyi ilə baş tutub.
Layihə çərçivəsində ümumilikdə 320 yeniyetmə və gənc üçün xüsusi təlim kursları təşkil edilib. Təlimlərdə "Özünü kəşf et”, "Fərdi İnkişaf”, "Hədəf müəyyənləşdirmək”, "Peşələri tanıma”, "Peşə seçiminə təsir edən amillər”, "Gələcəyin peşələri”, "Səmərəli işaxtarma mexanizmləri”, "CV necə yazılmalı”, "Müsahibə zamanı nə etməli”, "Məşğulluqla bağlı milli qanunvericilik bazası” və sair bu kimi mövzular müzakirə edilib.
Mərkəzin məlumatında qeyd olunur ki, bu istiqamətdə işləri davam edir, gənclərin mövcud problemlərinin öyrənilməsi və həlli istiqamətdə bir sıra bu kimi layihələr icra edilməkdədir.
Nigar
banner

Oxşar Xəbərlər