• cümə, 26 Aprel, 09:05
  • Baku Bakı 12°C

Gənclər dünya çempionatında kimə azarkeşlik edir? - Polemika

18.06.14 09:56 2110
Gənclər dünya çempionatında kimə azarkeşlik edir? - Polemika
Hər dörd ildən bir dünya ölkələri arasında futbol yarışmaları həyəcanla izlənilir. Bu il də iyunun 12-si futbol üzrə dünya çempionatı uğrunda vəsiqə qazanmış 32 ölkənin yığma komandası qarşı-qarşıya gələcək. Bu ilki futbol oyunu üzrə dünya kuboku yarışlarına Braziliya ev sahibliyi edəcək. İyunun 12-dən iyulun 13-ə kimi davam edən çempionat sayca keçirilən 20-ci dünya kuboku yarışıdır. Təbii ki, heç bir dünya futbol oyunlarını azarkeşsiz təsəvvür etmək mümkün deyil. Məhz oyunçuları həvəsləndirən fanatların həyəcanlı səsləridir. Hər komandanın azarkeşi olduğu insanlar içərisində isə demoqrafik cəhətdən daha çox gənclər üstünlük təşkil etdiyindən üzümüzü gənclərə tutduq. Gənclərin bu çempioanata münasibəti necədir və azarkeşi olduğu komandanı çempion kimi görürlərmi?
“İspaniyanın oynaması özü elə qalibiyyət deməkdir”
Vasif Agayev, tələbə
Vasifin fikrincə, bir gəncin həyat fəaliyyətini futbolsuz təsəvvür etmək mümkün deyil: “Bir gənci futbolsuz təsəvvür etmək mənim üçün çox çətin düşündürücü məsələdir. Futbol oynamasan da olar, amma futboldan anlayışın olmaya - bu gəncliyin faciəvi durumudur. Ən azından gənclik dövrünün zəruri hesab etdiyi məşğuliyyət sahələrindən biri də futboldur”.
Vasifin sözlərinə görə, futbol azarkeşi olmaq insana sadəcə rahatlıq gətirir. Futbol oynayanda idmanla məşğul olduğun kimi, izləyəndə də sanki əylənirsən: “Uşaqlıqdan həm futbol oynayıram, həm də izləyirəm. Dəfələrlə futbol oynadığım meydançalarda ayağım, qolum sınıb, amma yenə futboldan əl çəkməmişəm. Sevdiyim komandaya gəlincə isə, əvvəllər Milana azarkeşlik edirdim. Sonra Milan oyunçusu Kakanı satdığı üçün onun azarkeşliyindən üz çevirməli oldum. Hazırda 2009-cu ildən Barcelonanın fanatıyam. Barcelonanı da məhz Messiyə görə seçmişəm. Messi futbol aləmində pərəstiş elədiyim yeganə şəxsiyyətdir”.
Oxuduğu universitetin ən yaxşı futbolçusu seçilib diplomla mükafatlanan Vasif bu ilki çempionatda kuboku məhz İspaniyanın əldə edəcəyini tam əminliklə deyir. Onun sözlərinə görə, İspaniyadan başqa digər komandalar nisbətən zəif komandalardır: “İspaniyaya rəqib komanda kimi mən yalnız Argentinanı görürəm. Əminəm ki, İspaniya bunun da öhdəsindən gələcək. Çünki İspaniya dünya çempionatına seçilən favorit komandadır. Yığma komandalardan ibarət olsa da, məhz Barselonanın adını daşıyan oyunçuların da yarışda oynaması məni bu ölkənin azarkeşi olmağıma gətirib çıxardı. Hətta Barselona məni əmin etdi ki, İspaniyanın bu çempionatda oynamasının özü elə qalibiyyət deməkdir”.
“Dünya çempionu İngiltərə olacaq”
Zeynəb Əlizadə, jurnalist
Zeynə futbolu dünyanınn kiçik modeli hesab edir. O düşünür ki,burda hər şey var: “Fair play, rəqabət, hörmət, sevgi, göz yaşları, xoşbəxtlik, üzüntü, səhvin cəzalandırılması və hətta oyundan kənarlaşdırılma. Əgər sənin komandan udursa, futbol xoşbəxtlikdir. Futbola ilk vaxtlar baxarkən Braziliya millisini sevdiyini deyən xanım buna Ronaldonun oyunlarının xüsusi təsirinin olduğunu qeyd etdi: “2002-ci il dünya çempionatı sayəsində futbol azarkeşi oldum. Yadımdadır, Türkiyə də iştirak edirdi və o da yadımdadır ki, həm qrup, həm yarimfinalda Türkiyəyə yox, Brazilyaya azarkeşlik edirdim. Ronaldonun oyununu çox bəyənirdim və nəhayət onun komandası dünya çempionu oldu”.
Zeynəb deyir ki, indiyə kimi kimin çempion olacağını deyibsə, proqnozu düz çıxıb: “2006-cı ildə İtaliya, 2010-cu il İspaniyanın çempionluğunu əvvəlcədən təxmin etmişdim. Amma həmişə digər mütləq namizədim İngiltərə olub. Çox istərdim ki, bu çempionat məhz futbol yaradıcılarına uğur gətirsin”.
Klublardan Ingiltərənin Liverpul, İspaniyanın Real Madrid klublarının oyunlarını izləməyi sevdiyini deyən müsahibimiz builki çempionatın da çox maraqlı olacağını düşünür: “Braziliyada keçirilən 20-ci dünya çempionatı yubiley xarakteri daşıyır. Yubiley çempionatının Pentakampionların ölkəsinə təsadüf etməsi də maraqlıdı. Ötən ilin finalçılarının qrupda ilk oyunda qarşılaşması maraqlı olacaq. D qrupunu isə ölüm qrupu hesab etmək olar. Ingiltərə və Uruqvayın şansları nisbətən yüksəkdi. Almaniya isə harda iştirak etsə, əsas favoritlərdəndir, amma heç vaxt istəməmişəm çempion olsunlar. Portuqaliya, Argentina da surpriz edə bilər. İngiltərə, İspaniya, Portuqaliya və Braziliya əsas namizədlərdəndir. Düzü, ispanların yenidən çempion olmasını istəmirəm. Futbola hegemonluq yaraşmır, bu idman növü dəyişikliyi sevir. Bu il uyğun statistik məlumata əsasən, dünya çempionu məhz İngiltərə olacaq”.
Zeynəb Azərbaycan millisinin bütün oyunlarını izləsə də, etiraf edir ki, ölkəmizi futbol üzrə dünya çempionatında təsəvvür edə bilmir: “Nə vaxtsa iştirak etsə belə, bu, surpriz ola bilər. Sanki futbol bizlik deyil. Daha çox fərdi idman növlərində uğurlar qazanırıq. Son vaxtlar komanda oyunlarında voleybol, hokkey, futzalda uğurlarımız var. Mümkünsüz heç nə yoxdur. Bunu futbolculara aşılayan, onları inandıra bilən məşqçi, rəhbərlik olarsa, nəyəsə nail olmaq mümkündür. Bu dəfəki çempionatda meydan amili baxımından Braziliyanin şansı daha yüksəkdir. Amma futbolda hər şey meydanda müəyyənləşir”.
“Dünya çempionatında əsas favorit Braziliyadır”
Ağadur Mahmudov, futbol hakimi
Futbol Ağadur üçün hər şeydir. Futbolu sevdiyini söləyən müsahibimiz həyatını onsuz təsəvvür edə bilmdir. Uşaqlığından bəri futbola azarkeşlik etdiyni bildirən həmsöhbətimiz dünya klubları içərisində Atletko Madridə, milli yığma komandaları içərisində isə qardaş Türkiyə millisinə azarkeşlik etdiyini bildirdi. Yaxınlaşan dünya çempionatı haqqında fikirlərini bizimlə bölüşən Ağadurun sözlərinə görə, futbol üzrə ən əhəmiyyətli turnir məhz dünya çempionatıdır. Dünya Çempionati öz gəlişiylə bütün dünyada bayram əhval-ruhiyyəsi yaradır. 2002-ci ildən bu turniri izlədiyini deyən Ağadur onun üçün ən maraqlı çempionatın 2006-cı ildə Almaniyada keçirilən dünya çempionatı olduğunu qeyd etdi: “Həmin il Italiyanın dünya çempionluğunu qazanması məni çox sevindirmişdi. Milyonların sevimlisi olan futbol üzrə dünya çempionatını hamı səbirsizliklə gözləyir. Dünyanın ən güclü 32 komandasi içərisindən ən güclünün seçilməsi hər kəs üçün maraqlıdır. Bu dəfəki Dünya çempionatında əsas favorit kimi meydan sahibi Braziliya yığmasını görürəm. Həm heyətində olan oyunçulara görə, həm də doğma meydanda oynadıqları üçün məhz bu mundialda onların qalib gəkəcəyini düşünürəm. Azarkeş amilinin bu turnirdə Braziliya millisinə çox böyük dəstəyi olacaq. Necə deyərlər, azarkeşlər komandanın 12-ci oyunçusu hesab olunur”.
Ağadur özü isə bu çempionatda Zanbaqlar ölkəsi olan Hollandiya millisinə azarkeşlik edəcək. Hər bir Azərbaycanlı kimi o da bu turnirdə Azərbaycanın da iştirakını görmək istədiyini bildirdi. Gənc hakim qeyd etdi ki, son illər Azərbaycan futbolunda xeyli irəliləyiş var: “Buna klublarımızın əldə etdiyi nəticələr və ən əsas uşaq futboluna göstərilən diqqət və qayğı sübutdur. Ümid edirəm ki, 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatında iştirak edəcək yığmalar içərisində bizim də millimiz olacaq. Buna qədərsə futbolumuzun inkişafı üçün çox işlər görməliyik. Atletko Madrid ve Türkiyə millisinin oyunçusu Arda Turan isə ən sevdiyim oyunçudur. Onun bu çempionatda iştirak etməsini çox istərdim.
Elvin SƏLİMOV
Səid QƏRİB
banner

Oxşar Xəbərlər