• cümə, 19 Aprel, 23:26
  • Baku Bakı 24°C

Gəncənin avtomobil yollarına 2,6 milyon manat ayırılıb

02.08.13 16:55 1462
Gəncənin avtomobil yollarına 2,6 milyon manat ayırılıb
“APA-Economics”in məlumatına görə, otuz beş min nəfər əhalinin yaşadığı Məhsəti, Sadıllı, Natəvan, Şıxzamanlı, Cavad xan qəsəbələrini Gəncə şəhəri ilə birləşdirən, ümumi uzunluğu 21 kilometr olan avtomobil yollarının tikintisinin davam etdirilməsi məqsədi ilə 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə 2,6 milyon (iki milyon altı yüz min) manat ayrılıb.
banner

Oxşar Xəbərlər