• şənbə, 27 Aprel, 04:36
  • Baku Bakı 14°C

Gəncədə Mirzə Şəfi Vazeh muzeyinin açılışı olub

10.11.17 14:57 956
Gəncədə Mirzə Şəfi Vazeh muzeyinin açılışı olub
Azərbaycan prezidentiİlham ƏliyevGəncədə Mirzə Şəfi Vazeh muzeyinin açılışında iştirak edib.
APA-nın məlumatına görə, dövlət başçısı Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilən muzey binasının rəmzi açılışını bildirən lenti kəsib.
Dövlət başçısına muzeydə görülən işlərlə bağlı məlumat verilib. Bildirilib ki, şəhərin "Gülüstan” ərazində yerləşən muzeyin inşasına 2016-cı ilin martında başlanıb və tikinti işləri 2017-ci ilin noyabrında sona çatdırılıb. Milli memarlıq üslubunda inşa olunan muzeyin ətrafında Mirzə Şəfi Vazehin adını daşıyan park salınıb.
banner

Oxşar Xəbərlər