• çərşənbə, 24 Aprel, 15:47
  • Baku Bakı 27°C

Gəncədə Milli Qurtuluş günü qeyd edilib

15.06.17 20:00 1235
Gəncədə Milli Qurtuluş günü qeyd edilib
Gəncədə 15 iyun-Milli Qurtuluş Günü təntənə ilə qeyd edilib.
"Report"un Qərb bürosu xəbər verir ki, tədbirdə Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhər ictimayyətinin nümayəndələri, ziyalılar, tələbələr iştirak edib.
Tədbirdə bildirilib ki, Azərbaycan xalqının ən əlamətdar bayramlarından olan 15 iyun - Milli Qurtuluş Günü ümummilli liderHeydər Əliyevin ölkənin dərin ictimai-siyasi və iqtisadi böhrandan çıxarılmasında, vətəndaş müharibəsinin qarşısının alınmasında, müstəqilliyin qorunub möhkəmləndirilməsində, dövlətin bütün sahələrdə uğurlar qazanmasında, beynəlxalq aləmə sürətli inteqrasiyasında və tanıdılmasında müstəsna xidmətləri kimi qiymətləndirilərək hər il geniş qeyd olunur.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev deyib ki, Azərbaycanın yeni tarixinin bütöv bir mərhələsi XX əsrin böyük dövlət xadimi, Azərbaycan dövlətinin qurucusu olan ulu öndərHeydər Əliyevin adı ilə bağlıdır: "Ulu öndərin adı xalqın simvoluna, əməlləri isə şəxsi hünər rəmzinə çevrilib. Həyat və fəaliyyəti doğma xalqa, torpağa məhəbbət, sədaqət meyarı olub. Ümummilli lider Heydər Əliyev "Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim vətənimdir, mənim torpağımdır" fikirləri ilə həmişə xalqına, vətəninə necə bağlı olduğunu bəyan edib. Heydər Əliyevin 1993-cü il iyunun 15-də ölkənin ali qanunvericilik orqanına sədr seçilməsi sözün əsl mənasında siyasi qayıdış idi. Onun xilaskar missiyası ilə gəlişi dövlətçilik tariximizin şanlı səhifəsinə daha bir şanlı gün yazdı. 15 iyun tarixə Milli Qurtuluş Günü kimi daxil oldu".
E. Vəliyev daha sonra2016/2017-ci tədris ilində ən yüksək nəticələr əldə etmiş şagird və məzunlara mükafat və hədiyyələr təqdim edib.
banner

Oxşar Xəbərlər