• şənbə, 20 Aprel, 02:26
  • Baku Bakı 15°C

Gəncədə İdman Sarayı tikiləcək

13.11.17 18:52 1363
Gəncədə İdman Sarayı tikiləcək
Azərbaycan prezidentiİlham ƏliyevGəncə şəhərində İdman Sarayının tikintisi haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, sərəncama əsasən, Gəncə İdman Sarayının layihələndirilməsi və tikintisi üzrə sifarişçi funksiyaları, habelə obyektin inşası prosesində həyata keçiriləcək işlərin təşkili və əlaqələndirilməsi Gəncə Şəhər İcra Hakimiyyətinə həvalə edilib.

İqtisadiyyat Nazirliyinə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərcləri bölgüsündə Gəncə İdman Sarayının tikintisi üçün maliyyə vəsaitini nəzərdə tutmaq tapşırılıb.
banner

Oxşar Xəbərlər