• cümə, 26 Aprel, 01:32
  • Baku Bakı 16°C

Gəncədə futzal üzrə birincilik keçirilir

13.05.14 19:26 1011
Gəncədə futzal üzrə birincilik keçirilir
Gəncədə Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunan silsilə yarışlar davam etməkdədir.
Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, bu dəfə isə Gəncə Olimpiya İdman Kompleksində ümumilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunan futzal üzrə birinciliyə start verilib. Yarışdan öncə açılış mərasimi keçirilib. Rəsmi hissədə çıxış edən təşkilatçılar iştirakçıları salamlayaraq onlara uğurlar arzulayıblar. Hər il ənənəvi olaraq təşkil olunan birincilik ali və orta ixtisas təhsil müəssisələri arasında keçirilir. Yeni Azərbaycan Partiyasının Gəncə Şəhər təşkilatının Gənclər Birliyi, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə reallaşan yarışda 6 komanda dairəvi sistem üzrə qüvvəsini sınayır. Yarışda Gəncənin Tibb Kolleci, Texnologiya Universiteti, Humanitar Kollec, Azərbaycan Dövlət Aqrar Universiteti və Gəncə Dövlət Universitetinin futzalçıları qalib adı uğrunda mübarizə aparır.
Qeyd edək ki, turnir 3 gün davam edəcək. Yekunda mükafatçı mövqedə qərarlaşan komandalar medal, fəxri fərman və hədiyyələrlə təltif olunacaq.
banner

Oxşar Xəbərlər