• şənbə, 20 Aprel, 13:04
  • Baku Bakı 23°C

Gəncədə Əziz Əliyev adına park açılıb

10.11.17 16:58 1564
Gəncədə Əziz Əliyev adına park açılıb
Azərbaycan prezidentiİlham ƏliyevGəncədə görkəmli dövlət xadimi Əziz Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkının açılışında iştirak edib.

APA-nın məlumatına görə, dövlət başçısı parkın rəmzi açılışını bildirən lenti kəsib.

Parkda görkəmli dövlət xadimi Əziz Əliyevin abidəsi ucaldılıb. Abidənin postamentlə birlikdə hündürlüyü 4 metrdir.

Prezidentİlham Əliyevabidənin önünə gül dəstəsi qoyub.

Dövlət başçısına parkda yaradılan şəraitlə bağlı məlumat verilib. Bildirilib ki, bu istirahət məkanının inşasına 2016-cı ilin martında başlanılıb, tikinti işləri 2017-ci ilin oktyabrında başa çatdırılıb.
banner

Oxşar Xəbərlər