• cümə, 29 Mart, 15:47
  • Baku Bakı 14°C

Gəncədə 30 faizə yaxın seçici səsvermədə iştirak edib - 12.00-a olan məlumat

09.10.13 10:35 1475
Gəncədə 30 faizə yaxın seçici səsvermədə iştirak edib - 12.00-a olan məlumat
Trend-in məlumatına görə, şəhərdə olan 4 dairə seçki komissiyasında 154 min 698 seçici var. Saat 12.00-a olan məlumata görə, seçki hüququ olanların 46 min 36 nəfəri seçkilərdə iştirak edib.
Gəncədə 37, 38, 39 və 40 saylı olmaqla 4 dairə 107 məntəqə seçki komissiyası fəaliyyət göstərir. Şəhərdə 147 min 272 nəfərin adı seçici siyahısına salınıb.
Bundan başqa seçkiyə 3 gün qalmış hərbi hissələrdə və 2 saylı istintaq təcridxanasında yaradılan 7 məntəqə də var. Burada 7426 seçici siyahıya salınıb. Gəncədə olan məntəqələrin 40-da veb-kameralar quraşdırılıb ki, gün ərzində seçki prosesi canlı olaraq internet vasitəsilə yayımlanır. 31 məntəqədə isə əlil arabaları ilə hərəkət edənlərin binaya daxil olmaları üçün xüsusi pantuslar quraşdırılıb.
Dairə seçki komissiyalarından verilən məlumata görə, şəhərdə 28-i beynəlxalq, 1381-i isə yerli olmaqla 1409 müşahidəçi qeydiyyata alınıb. Yerli müşahidəçilərdən 317-i siyasi partiyalar, 1064-ü isə öz təşəbbüsləri ilə səsvermə prosesini izləyirlər.
Beynəlxalq müşahidəçilərdən 18 nəfəri ATƏT-in, 10 nəfəri isə MDB PA-nın xətti ilə Gəncədə seçkiləri müşahidə edir.
banner

Oxşar Xəbərlər