• cümə, 26 Aprel, 08:26
  • Baku Bakı 12°C

Gəncədə 17 yaşlı qızın əməliyyat zamanı ölməsi faktı ilə bağlı cinayət işi başlanıb

23.08.16 15:27 1334
Gəncədə 17 yaşlı qızın əməliyyat zamanı ölməsi faktı ilə bağlı cinayət işi başlanıb
Avqustun 23-də Gəncə şəhər sakini, 1999-cu il təvəllüdlü Aygül Orucovanın "Yeni Gəncə” tibb mərkəzində burundan estetik əməliyyat olunarkən vəfat etməsi barədə Gəncə şəhər prokurorluğuna daxil olmuş məlumat araşdırılıb.

Gəncə şəhər prokurorluğundanAPA-ya verilən məlumata görə, araşdırma zamanı toplanmış materialda A. Orucovanın ehtiyatsızlıqdan öldürülməsi cinayətinin əlamətləri mövcud olduğundan fakta görə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb.
Ölümün səbəblərinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin edilmiş və digər zəruri istintaq tədbirləri aparılıb.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
banner

Oxşar Xəbərlər