• şənbə, 20 Aprel, 09:19
  • Baku Bakı 14°C

Gəncə və Göygöldə 3 yeni otel tikilir - Fotolar

27.03.17 14:15 3141
Gəncə və Göygöldə 3 yeni otel tikilir - Fotolar
Ölkəmizin turizm imkanları ilə seçilən qərb bölgəsində bu sahəni daha da inkişaf etdirmək üçün Gəncə və Göygöldə 3 yeni otel tikilir.

AZƏRTACxəbər verir ki, Gəncə şəhərində inşa olunan yeddimərtəbəli "Majestic Palace” otelinin fasadında sonuncu mərtəbənin metal-şüşə konstruksiyasının quraşdırılması tamamlanmaq üzrədir. Otelin bu il istifadəyə verilməsi nəzərdə tutulub.

Orijinal layihəsi ilə Göygöl şəhərinə xüsusi yaraşıq verən müasir tipli otelin fasad hissəsində isə tikinti işləri yekunlaşıb. Bu il açılışı planlaşdırılan bina Göygöl şəhərinə gələn qonaqlar və turistlər üçün inşa olunan ilk oteldir.

Hacıkənd qəsəbəsində inşasına 2014-cü ildə başlanılan "ARFA” otelinin də tikintisi davam edir. Mehmanxana beş mərtəbədən və 50 otaqdan ibarətdir.





banner

Oxşar Xəbərlər