• şənbə, 20 Aprel, 02:21
  • Baku Bakı 15°C

Gəncə şəhərinin qaz təminatında problem yaranıb

25.07.13 12:35 1382
Gəncə şəhərinin qaz təminatında problem yaranıb
APA-nın Qərb bürosunun verdiyi məlumata görə, bu gün səhər saatlarından bu ərazidə - Nəriman Nərimanov prospekti, Əziz Əliyev, Adil İsgəndərov, Qoqol və daha bir neçə küçəyə qazın verilişi dayandırılıb.
Gəncə şəhər Qaz İstismarı Sahəsinin baş mühəndisi Şubay Nəsibovun APA-nın Qərb bürosuna verdiyi məlumata görə, qazın verilişində fasilənin yaranmasına səbəb N.Nərimanov prospektində olan ikinci qaz xəttində baş verən qəzadır. Sözü gedən əraziləri mavi yanacaqla təmin edən boru xətti zədələndiyinə görə dərhal qazın verilişi dayandırılıb. Hazırda təmir briqadası ərazidə işləyir və yaxın saatlarda qaz təminatının bərpa ediləcəyi gözlənilir.
banner

Oxşar Xəbərlər