• cümə, 29 Mart, 10:00
  • Baku Bakı 5°C

Gəncə şəhərində səyyar qəbul keçirilib - Fotolar

26.05.14 15:46 1019
Gəncə şəhərində səyyar qəbul keçirilib - Fotolar
Bu gün Gəncə şəhər, Heydər Əliyev prospekti, 90 saylı binanın qarşısındakı nümunəvi məhəllədə İcra Hakimiyyəti başçısının səyyar qəbulu keçirilib. 96 mənzilli bu binada 305 nəfər sakin yaşayır. Binanın ərazisinə asfalt örtüyü salınıb, işiqlandırma sistemi yenidən qurulub, bloklar təmir edilib, yeni liftlər quraşdırılıb. Ərazidə müasir tipli skamyalar qoyulub və gözoxşayan yaşıllıq salınıb, binanın fasad və dam örtüyü dəyişdirilib.
Gəncə şəhər icra hakimiyyətindən “Kaspi”yə bildirilib ki, tədbirə toplaşanların əhval-ruhiyyəsinin yüksək, çöhrələrində məmnunluq, inam və sevinc hislərinin olması ilk baxışda nəzərə çarpırdı. Ona görə ki, şəhərdə ənənəvi xarakter alan şəhər rəhbərliyinin vətəndaşlarla görüşləri, səyyar qəbulları hər zaman gəncəlilərin istək və arzularının reallaşması, ehtiyaclarının, problemlərinin həll olunması ilə diqqət çəkib. Həmişə olduğu kimi, bu dəfə də İcra başçısı öncə Qarabağ əlilləri və şəhid ailələrini dinləyib, onların vəziyyəti ilə maraqlanıb, söhbətlərinə çox səmimiyyətlə qulaq asıb.
Qarabağ döyüşlərində həlak olan Vaqif Məhəmmədovun həyat yoldaşı Almaz Məhəmmədova Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən onlara göstərilən diqqət və qayğıya, şəhər rəhbərliyinin Qarabağ əlilləri və şəhid ailələrinə hərtərəfli dəstəyinə görə 15 nəfərlik ailə üzvləri adından dərin minnətdarlığını bildirib. Qeyd edib ki, Yeni Gəncə yaşayış massivində bu təbəqə üçün tikilmiş binada iki otaqlı mənzillə təmin olunublar, onlara dəfələrlə köməklik edilib. Bu dəfə isə babasının adını daşıyan Vaqifə kiçik toy məclisi etmək üçün maddi köməklik göstərilməsini xahiş edib.
Kəsarə Kazımova oğluna toy etmək üçün, 2 şəhid anası Rəhilə İsayeva ona verilən torpaq sahəsində ev tikdirmək üçün maddi sıxıntısı olduğunu, Xumar Hüseynova torpaq sahəsi ilə təmin olunmaq istəyini, Pərvanə Qureyşi işlə təmin olunmaq, Aytən Rəhimova gəlininin, Mehriban Qocayeva övladının işlə təmin olunmasını, Afayət Əsgərova maddi çətinlik çəkdiyi üçün oğluna orta məktəb təhsilini verə bilməməsini dilə gətiriblər. Müraciət edənlərin əksəriyyətinin istəyi yerindəcə həll olunaraq, müvafiq təşkilatlara tapşırıqlar verilib.
Qətibə Seyidova, Dursun Cəlilova, Qəzənfər Mehdiyev, Qabil Misirov, Seymur İbrahimov, Adil Qədimov və başqaları çıxş edərək, şəhərdə görülən genişmiqyaslı abadlıq-quruculuq işlərinə, sakinlərin firavanlığının təmin olunmasına, Gəncənin hər bir sakininə göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər. Onlar söz veriblər ki, bütün xeyirxah işlərdə hər zaman şəhər rəhbərliyinə dəstək olacaq, Vətənimizin və xalqımızın tərəqqisi naminə var qüvvələrini əsirgəməyəcəklər.
Qeyd edək ki, Heydər Əliyev prospekti 68,70,72,74 saylı binalarda da yüsək səviyyədə aparılan - təmir quraşdırma işləri artıq başa çatmaq üzrədir.
R.İSMAYILOVFotolar"> Fotolar"> Fotolar"> Fotolar"> Fotolar">
banner

Oxşar Xəbərlər