• çərşənbə, 24 Aprel, 00:53
  • Baku Bakı 14°C

Gəncə Dövlət Dram Teatrı mövsümü “Vanya dayı” tamaşası ilə açacaq

10.09.17 18:45 2056
Gəncə Dövlət Dram Teatrı mövsümü “Vanya dayı” tamaşası ilə açacaq
Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının yaradıcı kollektivi yeni mövsümü Anton Çexovun "Vanya dayı” tamaşası ilə açacaq.
Bu barədəAZƏRTAC-a Gəncə Dövlət Dram Teatrının direktoru Əli Qasımov məlumat verib.
Bildirilib ki, rus ədəbiyyatının görkəmli nümayəndəsi A.Çexovun "Vanya dayı” pyesi əsasında hazırlanan eyniadlı tamaşa sentyabrın 16-da teatrsevərlərə təqdim olunacaq.
Səhnə əsərinin quruluşçu rejissoru İradə Gözəlovadır. Tamaşada əsas rolları Xalq Artisti Alim Məmmədov, Əməkdar artistlər Ramiz Vəliyev, İlham Hüseynov, Novruz Cəfərov, aktrisalar Rəhilə Məmmədova, Kəmalə Məmmədova, Sevinc Hüseynova və aktyor Mətləb Təhmazi ifa edəcəklər.
Yaradıcı kollektiv, həmçinin sentyabrın 17-də Ş.Mehdiyevin "Sabir” tamaşası ilə də teatrsevərlər qarşısında çıxış edəcək.
banner

Oxşar Xəbərlər