AZE | RUS | ENG |

Gənc Tamaşaçılar Teatrı beynəlxalq festivalda iştirak edəcək

Gənc Tamaşaçılar Teatrı beynəlxalq festivalda iştirak edəcək
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı beynəlxalq festivala qatılacaq.
 
Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, teatr ölkəmizi Rusiyanın Nijnevartovsk şəhərində "Şimal görüşləri” V Beynəlxalq Teatr Festivalında təmsil edəcək. 
 
Oktyabrın 25-dən 28-dək davam edəcək festivalda əməkdar artist Şövqi Hüseynov Patrik Züskindin "Kontrabas” mono-tamaşası ilə səhnəyə çıxacaq. Tamaşa oktyabrın 27-də göstəriləcək.
 
Qeyd edək ki, festivalda Rusiya, Moldova, İtaliya, Fransa və digər ölkələrin teatrları iştirak edəcək.
 
"Kontrabas" tamaşası indiyədək İran, Türkiyə, Moldova, Rusiya və Ukraynada keçirilən beynəlxalq teatr festivallarında mükafatlara layiq görülüb. 




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6958
GBP 1 İngilis funt sterlinqi 2.2839
TRY 1 Türk lirəsi 0.3765
KWD 1 Küveyt dinarı 5.6280
SEK 1 İsveç kronu 0.1939
EUR 1 Avro 1.9978
CHF 1 İsveçrə frankı 1.7014
USD 1 ABŞ dolları 1.7000