AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Gənc liderlərin yay məktəbindən Reportaj

Gənc liderlərin yay məktəbindən Reportaj

Gənclik qəzeti
15 Sentyabr 2014, 11:15 3419
Sentyabrın 4-dən Qubada Təhsil üzrə Gənc Liderlər üçün yay məktəbi təşkil edilib. Sentyabrın 13-nə qədər Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) tədris, idman və istirahət kompleksində təşkil olunan təlimlərdə iştirak etmək, gənc liderlərin təəssüratlarını öyrənmək üçün biz də sözügedən ünvana yollandıq.
Qubanın səfalı yerlərindən olan Nügədi 2 kəndində yerləşən ADİU-nun kompleksindəki yüksək səviyyəli şərait gözümüzdən yayınmadı. Burada 25 gənc lider həm təbiətin qoynunda istirahət edir, həm də təhsil ekspertləri tərəfindən keçirilən təlimlərə qatılırdılar.

“Məqsəd gənc kadr yetişdirməkdir”

Yay məktəbinin açılış günündə kompleksdə konfrans keçirildi. Konfransda iştirak edən Təhsilin keyfiyyətinin qiymətləndirilməsi sektorunun müdiri Emin Əmrullayev liderlərlə müzakirələr apardı və bildirdi ki, məktəbin təşkilində əsas məqsəd təhsil ilə maraqlanan və bu sahədə təhsilini başa vurmuş məzunların, gənc liderlərin müəyyən edilməsi ilə Azərbaycanda təhsilin inkişafı üzrə Dövlət Strategiyasının yerinə yetirilməsinə dəstək göstərmək üçün gənc kadrlar yetişdirməkdir.
Uzun müddətli müsahibələr əsasında müəyyən edilən liderlər elə ilk gündən bir-birləri ilə tanış oldular müzakirələrə qatıldılar. Kimisi otağını biri-birinə göstərir, kimisi də birlikdə təbiətin gözəl mənzərələrində şəkil çəkdirməyə yollanırdılar. İlk gündən o qədər gözəl münasibətlər quruldu ki, sanki iştirakçılar uzun illərdir bir birlərini tanıyır və bir-birilərinin xarakterlərinə bələddirlər. Təbii ki, bunda təşkilatçının böyük əməyi var. Orada olduğumuz 3 gün müddətində yay məktəbinin gedişatını müşahidə etdik. Gənc liderlərin yerləşməsinə köməklik göstərən, onların dərsdən əlavə əyləncəli vaxt keçirməsində böyük əməyi olan “Mədəd Azərbaycan” təşkilatının nümayəndəsi Samir Cavadov ilk gündən liderlərin sevimlisinə çevrildi.
Samir Cavadovla söhbətimiz zamanı məlum olur ki, o da kollektivi çox bəyənib. Təşkilatçının sözlərinə görə, burada təlimin keyfiyyətli keçməsi üçün hər bir şərait yaradılıb: “Bu il yay məktəbində iştirak edən müdavimlər çox istedadlı iştirakçılardır. Təlimlərdə fikir mübadiləsi apararaq həm spikerlərin danışıqlarından özlərində yeniliklər əldə edir, həyata keçirmək istədikləri layihələr haqqında istər təlimlərdə, istərsə də təlimlərdən sonra qrup şəkilində müzakirələr aparırlar”.

Yay məktəbinin “Donna mafiası”

Yay məktəbi təkcə dərs müddəti ilə kifayətlənmirdi. Dərslərdən sonra məzunların və müəllimlərin vaxtlarının səmərəli keçirməsi üçün oyunlar təşkil edilirdi. Təlimlərdən sonra kimi yeni istifadəyə verilmiş trenajorlarda idman edir, kimisi voleybol oynayır, kimisi də vaxtını hovuzda üzməklə keçirirdi. Təlimçilərlə iştirakçılar arasında da münasibətlər o qədər səmimi idi ki, oyunlarda hər iki tərəf iştirak edirdi. Oyunların içərisində ən çox seviləni isə axşamlar təşkil olunan dünyanın nə maraqlı intellektual və psixoloji oyunlarından olan mafiya oyunu idi. Bu zaman hər kəs kollektiv şəkildə oyuna qoşulur, mafiyaların tapılması üçün qızğın müzakirələr aparırdılar.
Öz aralarında hər dəfə mafiya çıxdığı və oyunu gözəl apardığı üçün “Donna Mafiya” adlandırılan təlim iştirakçısı ingilis dili üzrə tərcüməçi və müəllimə Arzu Ömərova deyir ki, təlimlərdən sonrakı intellektual oyunlar yay məktəbinə rəng qatır. Onun sözlərinə görə, bu təlimdə çox maraqlı və savadlı mütəxəssislər bir araya toplanıb: “Yay məktəbi başda özüm olmaqla bütün iştirakçıların gözləntilərini üstələdi. Açığı, təlimlərin, təlimçilərin və hətta qalacağımız məkanın bu səviyyədə təşkil ediləcəyini şəxsən mən gözləmirdim. Həvəsli gəlsəm də, hər zamanki rəsmi tədbirlər tipində bir seminarın olacağını düşünürdüm. Ancaq bu gözləntilər özünü doğrultmadı. İştirakçıların seçim mərhələsində ciddi yanaşmanın nəticəsi olaraq çox fərqli sahələrdə, bölgələrdə çalışan və ən önəmlisi fərqli yaş qruplarına məxsus bir-birindən maraqlı mütəxəssislər bir yerə cəmləndi. Təlimçilər olduqca professional və fərd olaraq maraq cəlb edən şəxslərdirlər. Onlardan öyrəndiklərimiz sahəsində tərtib etdiyimiz təkliflər paketinə gözləntilərimiz böyükdür. Təlimlərdən sonraki intellektual əyləncəlirimiz isə istirahətimizə rəng qatır. Çoxlarıdüşünür ki, həm əyləncə, həm də dərs və ya iş eyni zamanda mümkün deyil. Ancaq təhsil üzrə gənc liderlərin yay məktəbi bu tip stereotiplerin yanlış olduğunu göstərdi”.
Yay Məktəbi çərçivəsində təlim, təqdimat, müzakirə, debat və təhsil siyasəti, təhsildə strateji planlaşdırma, təhsil layihələrinin idarə olunması və qiymətləndirilməsi, təhsildə tədqiqatların rolu, təhsildə idarəetmə, qiymətləndirmə və monitorinq, məktəb idarəetməsi və liderlik, müəllim hazırlığında innovativ yanaşmalar və informasiya-kommunikasiya texnologiyalarının təhsildə tətbiqi kimi mövzular əhatə olunub. Xüsusi müsahibələrdə seçilən gənc müəllimlər və təhsil işçiləri də bir-birindən fərqli ideyalar təklif edərək maraqlı fikir mübadiləsi aparırdılar.

“Gələcəyin açarı gənclərin əlindədir”

Təlimdə qeyri-adi fikirləri ilə diqqətləri üzərinə çəkməyi bacaran maraqlı və savadlı iştirakçılardan biri də “Mənim Təhsilim, Mənim Gələcəyim!” kampaniyasının rəhbəri, ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyinin (AAA) idarə heyətinin üzvü Rövşən Nəcəfovdur. Gələcəyin açarının gənclərin əlində olduğunu söyləyən həmsöhbətimiz deyir ki, təhsildə irəliləmək üçün “dayday”, “tapşırıq” kimi stereotiplərin birbaşa təbliğatçısı olan valideyinlərimizi aparılan islahatlara cəlb etməliyik: “Təhsil elə bir sahədir ki, istənilən təşəbbüs müsbət nəticə yaradır. Təhsil gələcəyin açarıdır, bu açar isə biz gənclərin əlindədir. “İnsan kapitalı” bu formalaşmanı və ümumi təhsil prosesini daha sürətli reallaşmasına imkanlar yaradır. Bu sahədə iştirakçılıq vacibdir. Həm dövlət, həm cəmiyyət və xüsusən gənclərin iştirakının təmin olunması gələcəyə baxışı yaradır”.
10 günlük təşkil olunan Yay məktəbində Amsar kənd məktəbini, soyqırımı abidəsini ziyarət, açıq havada yemək və meşədə gəzinti də nəzərdə tutulub.
Qeyd edək ki, Gənc Liderlərin yay məktəbi Təhsil Nazirliyi, Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi, “Mədəd Azərbaycan” təşkilatı və Azərbaycan ABŞ Təhsilli Məzunlar Assosiasiyası tərəfindən təşkil olunub. Müsabiqə yolu ilə seçilmiş Yay Məktəbinin iştirakçıları Azərbaycanın və xarici ölkə universitetlərinin məzunları, Azərbaycanda təhsilin inkişafı üzrə Dövlət Strategiyası ilə tanış olan, araşdırma aparmaq, onu təqdim etmək və yüksək səviyyəli ünsiyyət qurmaq bacarıqlarına malik olan gənclərdən ibarətdir.

Aygün ƏZİZReportaj"> Reportaj"> Reportaj"> Reportaj"> Reportaj"> Reportaj"> Reportaj"> Reportaj"> Reportaj">