• cümə, 19 Aprel, 01:29
  • Baku Bakı 18°C

"Gənc istedadlar" liseyində "Son zəng" çalındı - Fotolar

14.06.17 16:17 1319
"Gənc istedadlar" liseyində "Son zəng" çalındı - Fotolar
Bu gün Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən "Gənc istedadlar" liseyində "Son zəng" keçirilib. BDU-nun rektoru, akademik Abel Məhərrəmov məzunları və onların valideynlərini təbrik edərək gələcək hayatlarında uğurlar arzulayıb. Məzunların ölkəmizin inkişafı və çiçəklənməsi yolundagörülən böyük işlərin iştirakçılarına çevriləcəyinəəminliyini ifadə edən rektor, eyni zamanda, liyesin fəaliyyət dövründən danışıb, məzunlarının dünyanın nüfuzlu universitetlərində təhsil aldığını vurğulayıb.

Liseyin direktoru, professor Qasım Hüseynov liseyin 2016-2017-ci tədris ilində qazandığı uğurlardan bəhs edib. Bu il liseyi bitirən 46 məzunun əksər hissəsinin Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanların ilk mərhələsindən 600-dən çox bal topladıqlarının diqqətə çatdırıb.

Tədbirdə liseyin respublika, eləcə də şəhər olimpiadalarında yer tutmuş şagirdləri diplomla təltif edilib. Daha sonra valideynlər adından Zəkiyyə Qasımova, məzunlar adından ötən il liseyi Qızıl medalla bitirmiş Rəna Həsənzadə danışıblar. Sonra məzunların sinif rəhbərləri Sevinc Mənsimzadə və Elmira Musayeva çıxış edərək, onlara gələcək həyat və karyeralarında uğurlar arzulayıblar.

Tədbir Təşkilati işlər üzrə direktor müavini Məleykə Bayramovanın rəhbərliyi ilə hazırlanmış bədii kompozisiya ilə davam etdirilib.


banner

Oxşar Xəbərlər