• cümə, 19 Aprel, 23:01
  • Baku Bakı 24°C

Gələn ilin büdcəsində müdafiə və milli təhlükəsizliyin maliyyələşdirilməsi üçün 3 milyard manata yaxın vəsait nəzərdə tutulur

20.10.17 15:30 3134
Gələn ilin büdcəsində müdafiə və milli təhlükəsizliyin maliyyələşdirilməsi üçün 3 milyard manata yaxın vəsait nəzərdə tutulur
Azərbaycanın milli təhlükəsizliyinin və müdafiə qabiliyyətinin gücləndirilməsi və maddi – texniki bazasının möhkəmləndirilməsi, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanılması xərcləri üçün 2018-ci il dövlət büdcəsi xərclərinin 19,5 faizi həcmində və 4068,3 milyon manat vəsait nəzərdə tutulub.
APA-nın xəbərinə görə, bu, Azərbaycanın 2018-ci ilindövlət və icmal büdcələri üzrə layihələrdəəksini tapıb.Bu da 2017-ci illə müqayisədə 202,4 milyon manat və ya 5,2 faiz çoxdur.
Müdafiə və təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq – mühafizə və prokurorluq orqanlarının saxlanılması xərcləri üzrə nəzərdə tutulmuş vəsaitin 2738,7 milyon manatı və ya 67,3 faizi (2017-ci ilə nisbətən 96,6 milyon manat və ya 3,7 faiz çox) müdafiə və milli təhlükəsizliyin maliyyələşdirilməsinə, 1329,5 milyon manatı və ya 23,7 faizi (2017-ci ilə nisbətən 105,8 milyon manat və ya 8,6 faiz çox) məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanılması xərclərində nəzərdə tutulub.
banner

Oxşar Xəbərlər