• cümə axşamı, 18 aprel, 09:32
  • Baku Bakı 12°C

Gələn ildən Xızı və Qobustan xərclərini öz gəlirləri hesabına təmin ediləcək

21.12.20 12:36 378
Gələn ildən Xızı və Qobustan xərclərini öz gəlirləri hesabına təmin ediləcək
Azərbaycanın 2021-ci il dövlət büdcəsi gəlirlərinin tərkib hissəsi olan yerli gəlirləri 805,5 mln. manat məbləğində nəzərdə tutulur ki, bu da 2020-ci illə müqayisədə 40,9 mln. manat və ya 5,4% çoxdur.
"APA-Economics”ə verilən məlumata görə, bu barədə "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində deyilir.
2021-ci ildə yerli xərcləri tənzimləmək üçün dövlət büdcəsinin mərkəzləşdirilmişxərclərindən ayrılan maliyyə yardımının (dotasiyanın) yerli xərclərin tərkibində xüsusi çəkisi 6,3% təşkil edəcək.
Respublikanın 40 rayon və şəhərləri (Bakı, Gəncə, Lənkəran, Mingəçevir, Naftalan,Sumqayıt, Şəki, Şirvan, Yevlax şəhərləri və Abşeron, Ağcabədi, Ağsu, Astara, Beyləqan,Bərdə, Biləsuvar, Cəlilabad, Daşkəsən, Göyçay, Göygöl, Hacıqabul, Xaçmaz, İmişli, İsmayıllı, Kürdəmir, Qazax, Qəbələ, Quba, Qubadlı, Qusar, Masallı, Neftçala, Saatlı, Sabirabad, Salyan, Siyəzən, Şabran, Şamaxı, Şəmkir və Tovuz rayonları) ilə yanaşı Xızı və Qobustan rayonları da 2021-ci ildən xərclərini öz gəlirləri hesabına təmin edəcək.
2021-ci ildə dövlət büdcəsinin yerli xərcləri 859,6 mln. manat məbləğindəproqnozlaşdırılır ki, bu da 2020-ci illə müqayisədə 44,8 milyon manat və ya 5,5% çoxdur.
Yerli xərclərin 322,5 mln. manatı və ya 37,5%-i təhsil xərclərinə (məktəbəqədəruşaq müəssisələrinin maliyyələşdirilməsi xərcləri), 174,7 mln. manatı və ya 20,3%-i ətraf mühitin mühafizəsi xərclərinə (abadlaşdırma xidmətləri haqqının ödənilməsi və təmir işləri ilə bağlı xərclər), 160,1 mln. manatı və ya 18,6%-i icra hakimiyyəti orqanlarının saxlanılması xərclərinə, 116,5 mln. manatı və ya 13,6%-i mənzil və kommunal təsərrüfatı xərclərinə, 43,6 mln. manatı və ya 5,1%-i nəqliyyat və rabitə xərclərinə, 13,1 milyon manatı və ya 1,5%-i mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərclərinə və 29,1 milyon manatı və ya 3,4%-i digər xərclərə yönəldiləcək.
İqtisadi təsnifata uyğun olaraq 2021-ci il dövlət büdcəsinin yerli xərclərin tərkibindəəməyin ödənişi xərcləri 38,2% olmaqla 328,5 mln. manat, iş və xidmətlərin alınmasıxərcləri 34,4% olmaqla 295,6 mln. manat, malların satın alınması ilə bağlı xərclər 13,7% olmaqla 118 mln. manat, qeyri-maliyyə aktivlərinə aid olan xərclər 9,7% olmaqla82,9 mln. manat, subsidiyalar 3,7% olmaqla 32 mln. manat və sosial ödənişlərxərcləri 0,3% olmaqla 2,6 mln. manat təşkil edəcək.
Növbəti ildə Gəncə, Lənkəran, Sumqayıt və Şirvan şəhərlərində yerləşən onkolojixəstəxanalar həmin şəhərlərin yerli xərclərdən çıxarılaraq "Səhiyyə” bölməsininmərkəzləşdirilmiş xərclərində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin büdcəsindəproqnozlaşdırılıb.
banner

Oxşar Xəbərlər