• cümə, 29 Mart, 14:09
  • Baku Bakı 14°C

Gələn ildən təqdim edilmiş mallara görə yalnız elektron qaimə-faktura veriləcək

29.12.19 17:21 737
Gələn ildən təqdim edilmiş mallara görə yalnız elektron qaimə-faktura veriləcək
Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, 2020-ci il yanvarın 1-dən təqdim olunmuş mallara (işlərə, xidmətlərə) görə elektron vergi hesab-fakturasının verilməsi ləğv edilib. Həmin tarixdən etibarən təqdim edilmiş mallara görə ƏDV ödəyiciləri tərəfindən yalnız elektron qaimə-faktura təqdim olunacaq.
Vergilər Nazirliyinin Media və Kommunikasiya İdarəsindənAZƏRTAC-a verilən məlumata görə, gələn il yanvarın 1-dək təqdim edilmiş mallara görə isə elektron qaimə-faktura ilə yanaşı, elektron vergi hesab-fakturası da təqdim edilir. Belə ki, qanunvericiliyə əsasən, sözügedən müddətdə alınmış mallara (işlərə, xidmətlərə) görə ödənilən ƏDV-nin əvəzləşdirilməsi 2020-ci il yanvarın 1-dək mövcud olan qaydada həyata keçirilir.
banner

Oxşar Xəbərlər