• çərşənbə, 24 Aprel, 15:22
  • Baku Bakı 27°C

Gələn il icmal büdcəsi nə qədər olacaq?

07.10.13 15:37 1618
Gələn il icmal büdcəsi nə qədər olacaq?
Maliyyə Nazirliyi Azərbaycan Respublikasının 2014-cü il icmal büdcəsinin göstəricilərini açıqlayıb. Lent. az-ın məlumatına görə, icmal büdcəsinin gəlirləri 21985.9 milyon manat təşkil edəcəyi proqnozlaşdırılır. Bu isə car ilin proqnozuna nisbətən 6.1 dəfə çox deməkdir. İcmal büdcəsinin xərclərinə gəlincə, bunun 24 444.0 milyon manat (bu ilki proqnoza nisbətən 0.2 faiz çox) olacağı gözlənilir. İcmal büdcəsinin kəsirləri isə 2 458.1 milyon manat təşkil edəcək.
Dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun 31.4 faizi həcmində, xərcləri isə ÜDM-in 34.3 faizini təşkil edəcək. Büdcənin gələn ilki xərcləri 20 063.0 milyon manat həcmində proqnozlaşdırılır. Büdcə kəsirləri isə -1679.0 manat təşkil edəcəyi gözlənilir.
banner

Oxşar Xəbərlər