AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Gələn il Gəncədə tikinti materialları istehsal edən müəssisələr istifadəyə veriləcək

Gələn il Gəncədə tikinti materialları istehsal edən müəssisələr istifadəyə veriləcək

İqtisadiyyat
27 Noyabr 2016, 11:11 1427
Gələn il Gəncədə tikinti materialları istehsalı müəssisəsi və kərpic zavodu fəaliyyətə başlayacaq.

Bu barədə AZƏRTAC-a Gəncə Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, tikinti materialları istehsalı zavodu Bakı-Qazax avtomobil yolunun kənarında "NB Satınalma və Ticarət” MMC-yə ayrılan 15 hektar ərazidə inşa edilir.

İllik istehsal gücü 30 milyon kərpic olan müəssisənin inşası isə "MFK” MMC tərəfindən həyata keçirilir.