• şənbə, 20 Aprel, 01:04
  • Baku Bakı 15°C

Gələn il büdcədən pandemiya ilə əlaqədar sanitar-epidemioloji tədbirlərə 42,5 milyon manat ayrılması nəzərdə tutulur

21.12.20 12:53 370
Gələn il büdcədən pandemiya ilə əlaqədar sanitar-epidemioloji tədbirlərə 42,5 milyon manat ayrılması nəzərdə tutulur
2021-ci ilin dövlət büdcəsində sanitar-epidemioloji tədbirlər üçün Səhiyyə Nazirliyinə 42,5 milyon manat vəsait ayrılması nəzərdə tutulur.
APA-nın məlumatına görə, bu, Milli Məclisə təqdim edilən "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.
Pandemiya şəraitində əhalinin sağlamlığının qorunması, sanitar-epidemioloji vəziyyətə nəzarətin təmin edilməsi, infeksiyaya yoluxmuş və onlarla təmasda olan şəxslərin monitorinqinin aparılması üçün şəhər və rayon gigiyena və epidemiologiya mərkəzlərinin maddi-texniki vəziyyətinin gücləndirilməsi məqsədilə 2021-ci ilin dövlət büdcəsində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə sanitar-epidemioloji tədbirlər üçün 42,5 milyon manat vəsait proqnozlaşdırılıb ki, bu da 2020-ci illə müqayisədə 0,4 milyon manat və ya 0,8 faiz çoxdur.

banner

Oxşar Xəbərlər