• çərşənbə axşamı, 19 mart, 06:33
  • Baku Bakı 8°C

Gədəbəydə ata-anasını qətlə yetirən şəxs tutulub

26.09.17 13:20 1647
Gədəbəydə ata-anasını qətlə yetirən şəxs tutulub
Gədəbəydə ata-anasını qətlə yetirən şəxs tutulub.
Rayon Polis ŞöbəsindənAPA-nın qərb bürosuna verilən məlumata görə, həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Şöhrət Məsimovun rayonun Dəyirmandağ kəndi ərazisində Qarabağlılar adlanan ərazidə köhnə tikilidə gizləndiyi məlum olub və o həmin yerdə tutulub.
Məlumatlara görə, hadisə ailə münaqişəsi zəminində baş verib. Bildirilir ki,Ş. Məsimov ata-anasını Şəmkir rayonunda yaşayan bacısına görə qətlə yetirib. O, bacısını müəyyən səbəblərə görə qəbul etməyib, ata-anasınaonu evə buraxdıqlarına görəetiraz edib.
Məlumatlarda o da bildirilir kİ, Ş. Məsimov bacısını və onun övladını da qətlə yetirmək niyyətində olub.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, sentyabrın 21-də Gədəbəy rayonunun Qurudərə kəndində yaşayan Şöhrət Məsimov evində ailə-məişət münaqişəsi zəminində atası Mikayılı və anası Aynanı bıçaqla qətlə yetirib hadisə yerini tərk edib.
Faktla əlaqədar cinayət işi başlanıb.
banner

Oxşar Xəbərlər