• cümə, 19 Aprel, 04:08
  • Baku Bakı 18°C

Gecə saat 11-də deyib ki, gedək məşq edək

18.12.19 13:37 537
Gecə saat 11-də deyib ki, gedək məşq edək
"Yuventus”un sabiq futbolçusu, hazırda Qətərin "Əl-Duhayl” klubunda çıxış edən Mehdi Benatia Kriştiano Ronaldo haqda danışıb.
Kaspi.az xəbər verir ki, Mehdi Ronaldonun, ona gecə yarısı məşq etməyi təklif etdiyini bildirib. Amma o, bu təklifdə n imtina edib:
"Biz Berqamodan qayıdırdıq. Həmin qarşılaşmada ikimiz də ehtiyatda qalmışdıq. Ronaldo məndən soruşdu: "Sən bunda n sonra nə etmək istəyirsən?” Cavab verdim ki. Artıq saat 11-dir və evə getməyi planlaşdırıram.
O isə belə dedi: "Sən məşq etmək istəmirsən? Mən bu gün oynamamışam, ona görə də məşq etməliyəm. Bəlkə mənimlə kampaniya təşkil edəsən?”
Mən isə bu təklifdən imtina etdim və evə gedəcəyimi bildirdim.
Biz qayıtdıqdan sonra o, şortik və idman ayaqqabılarını geyindi, musiqini qoşdu və zala yollandı. Düşündüm ki, bu adam anormaldır. O, bütün həyatını futbola qurban verib. Onun məşqlərdə göstərdiyi əzmkarlıq məni həmişə heyran edib”.
banner

Oxşar Xəbərlər