
Gec və ya tez, o, “Barsa”da baş məşqçi olacaq
İdman
13 İyul 2020, 12:15
443
"Barselona”nın
prezidenti Xosep Mariya Bartomeu Xavi barədə danışıb.
Kaspi.az
xəbər verir ki, Xavinin "Barsa”nın baş məşqçi postuna gətiriləcəyi ilə bağlı məlumatlar
yayılır. Bartomeu onun gec-tez bu postu tutacağını bildirib:
"Gec və
ya tez, Xavi "Barselona”nın baş məşqçisi olacaq. Ancaq biz hazırda baş məşqçi
axtarmırıq. Setenlə yola davam edirik.
Biz
qeyri-tipik mövsüm keçirirk. Avqustda da oynayacağıq və baş məşqçi də o olacaq.
Əgər "Napoli”yə qalib gəlsək, Lissabona gedəcəyik”.
Bir müddət
əvvəl Xavi "Barselona”da çalışmaq istədiyini bildirmişdi.
Digər xəbərlər