• cümə, 29 Mart, 19:23
  • Baku Bakı 14°C

Gallup: Azərbaycan əhalisinin 21 faizi NATO-nu özü üçün müdafiə təşkilatı hesab edir

12.02.17 12:44 1262
Gallup: Azərbaycan əhalisinin 21 faizi NATO-nu özü üçün müdafiə təşkilatı hesab edir
Azərbaycan əhalisinin 21 faizi Şimali Atlantika Alyansını özlər üçün müdafiə təşkilatı hesab edir.
"Report” xəbər verir ki, bu barədə Amerikanın "Gallup” şirkətinin apardığı sorğunun nəticələri deməyə əsas verir.
Sorğu 2016-cı ildə telefon vasitəsi ilə aparılıb. Sorğuda hər ölkədən 15 yaşından yuxarı min nəfər iştirak edib. Yalnız Rusiyada 2 min nəfər sorğulanıb.
Rusların 67 faizi NATO-nu özləri üçün təhlükə hesab edir, yalnız 3 faizi ona müdafiə təşkilatı gözü ilə baxır.
Gürcüstan əhalisinin 37, Ermənistanın 8, Tacikistanın 8, Qırğızıstanın 19, Qazaxıstanın isə 25 faiz əhalisi NATO-nu müdafiə qurumu kimi qəbul edir.
banner

Oxşar Xəbərlər