• cümə axşamı, 25 aprel, 06:22
  • Baku Bakı 14°C

“G20”-nin təhlükəsizliyinin təmini Almaniyaya 32 milyon avroya başa gələcək

18.06.17 17:42 660
“G20”-nin təhlükəsizliyinin təmini Almaniyaya 32 milyon avroya başa gələcək
Almaniya 7-8 iyun tarixlərində Hamburq şəhərində keçiriləcək "G20” sammitində təhlükəsizliyin təmin edilməsi üçün 32 milyon avro ayırıb.
APA-nın məlumatına görə, bu barədə DPA agentliyi məlumat yayıb.
Bu vəsaitin 20,8 milyon avrosu polisə ayrılıb. Bura güc strukturlarının əməkdaşlarının nəqliyyat və yerləşdirmə xərcləri də daxildir. 6 milyon avro əlavə olaraq Cinayət İşləri üzrə Federal İdarəyə, 1,6 milyon avro texniki xidmətlər üçün ayrılıb.
Sammitin keçirilməsi üçün Almaniya Xarici İşlər Nazirliyinə isə 49 milyon avro ayrılıb. Sammitlə bağlı yekun xərclər tədbir başa çatdıqdan sonra açıqlanacaq.
banner

Oxşar Xəbərlər