Futbolçulara ölü siçovullar atdılar - Video
Danimarka çempionatında biabırçı olay yaşanıb.
Kaspi.az xəbər verir ki, hadisə "Brondbyu” - "Kopenhagen” qarşılaşmasında baş verib. "Brondbyu”nun
azarkeşləri rəqib futbolçuların üzərinə ölü siçovullar atıblar.
Futbolçular isə siçovulları meydandan kənara tullayıblar. Qarşılaşma
"Kopenhagen”in qələbəsilə başa çatıb - 1:0. "Brondbyu”nu 13 xal qabaqlayan
"Kopenhagen” turnir cədvəlinə başçılıq edir.