• cümə, 29 Mart, 04:55
  • Baku Bakı 7°C

Futbolçu ilə hakim meydanı rinq bildi - Video

02.06.17 14:30 1203
Futbolçu ilə hakim meydanı rinq bildi - Video
Argentina futbolunda növbəti dəfə insident baş verib.

Kaspi.az xəbər verir ki, bu dəfə futbolçu ilə hakim yumruq davasına çıxıb. Hadisə Copa Santa Fé turnirində keçirilən "Okampa Fabrika” - "Hurakan” oyununda (2:2) baş verib.

Final fitindən dərhal sonra hakim meydan sahibi komandanın futbolçulardan birinə sarı vərəqə göstərib. Əsəblərinə hakim ola bilməyən futbolçu hakimi yumruqlayıb. Referi də futbolçuya borclu qalmayıb və yumruqlarını işə salıb.

Məsələyə polis müdaxilə etməli olub. Yerli federasiya "Okampa Fabrika”nı turnirdən kənarlaşdırıb.



banner

Oxşar Xəbərlər