• şənbə, 20 Aprel, 02:10
  • Baku Bakı 15°C

Futbol üzrə Dünya çempionatı Azərbaycanda keçiriləcək

14.05.13 13:32 1533
Futbol üzrə Dünya çempionatı Azərbaycanda keçiriləcək
Milli.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, UEFA İcraiyyə Komitəsinin qərarına uyğun olaraq, 2016-cı ildə ilk dəfə olaraq Azərbaycanda 17 yaşadək oğlanlardan ibarət komandalar arasında Avropa Çempionatı keçiriləcək. Bu çempionatda ev sahibi statusu ilə çıxış edəcək Azərbaycan U-17 yığmasının heyətinin formalaşdırılması məqsədilə ilkin hazırlıq olaraq AFFA tərəfindən yanvarın 25-dən fevralın 10-dək U-14 Kuboku turniri təşkil olunub və bu turnirin oyunlarını seleksiyaçı-məşqçilər izləyiblər.
Seleksiya prosesi nəticəsində U-14 Kuboku turnirində iştirak edən komandaların heyətində fərqlənən futbolçular seçiliblər. Komandanın əhval-ruhiyyəsini yüksəltmək və heyətin komplektləşdirilməsi üçün ilkin addımların atılması məqsədilə AFFA tərəfindən iyulun 5-dən 19-dək seleksiya prosesində seçilmiş futbolçular üçün düşərgə təşkil olunacaq.
banner

Oxşar Xəbərlər