• çərşənbə axşamı, 16 aprel, 08:34
  • Baku Bakı 14°C

Futbol üzrə dünya çempionatı: Almaniyadan yeddi cavabsız qol

11.06.17 11:15 1254
Futbol üzrə dünya çempionatı: Almaniyadan yeddi cavabsız qol
İyunun 10-da futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinin yer aldığı "C” qrupunda altıncı turun oyunlarına yekun vurulub.
AZƏRTACxəbər verir ki, Almaniya millisi San-Marinonu, Norveç yığması isə Çexiyanı qəbul edib.
"Nürenberq Arena”da keçirilən Almaniya-San-Marino oyununda böyük hesablı qələbə qeydə alınıb. Almanlar rəqib qapısından 7 cavabsız top keçirərək qrup liderliyini bir qədər də möhkəmləndiriblər.
Oslodakı "Ullevaal” stadionunda keçirilən Norveç-Çexiya oyunu isə heç-heçə yekunlaşıb – 1:1.
Qrupda altıncı turun ilk oyunu Bakıda Azərbaycan və Şimali İrlandiya yığmaları arasında keçirilib və 1:0 hesab ilə qonaqların xeyrinə yekunlaşıb.
Altı turdan sonra hesabında 18 xal olan Almaniya qrupun vahid liderdir. Şimali İrlandiya 13 xalla ikinci, Çexiya 9 xalla üçüncü, Azərbaycan 7 xalla dördüncü, Norveç 4 xalla beşinci, hesabına hələ də xal yazdıra bilməyən San-Marino isə sonuncu pillədə qərarlaşıb.
banner

Oxşar Xəbərlər