• cümə, 19 Aprel, 17:39
  • Baku Bakı 25°C

Futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun son oyunu keçiriləcək

24.09.17 13:15 1688
Futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun son oyunu keçiriləcək
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun son oyunu keçiriləcək.
"Report"un məlumatına görə, Qəbələ şəhər stadionunda eyniadlı komanda "Neftçi"ni qəbul edəcək.
Beş oyundan sonra "Qəbələ" 10 xalla 3-cü, "Neftçi" isə 1 xalla 7-ci pillədə qərarlaşıb. Bu görüşün nəticəsi komandaların mövqeyinə heç bir təsir etməyəcək. Amma liderlik iddialarını davam etdirməsi üçün "qırmızı-qaralar" mütləq qələbə qazanmalıdırlar.
"Ağ-qaralar" isə bu mövsüm ilk dəfə qalib olmaq və 6-cı pillədəki "Səbail"lə xal fərqini yenidən 2-yə endirmək üçün meydana çıxacaqlar.
İki komanda indiyədək 36 dəfə üz-üzə gəlib. Bunların 13-də "Qəbələ", 15-də "Neftçi" qalib olub, 8 görüş heç-heçə ilə yekunlaşıb. Top fərqi isə bərabərdir: 45-45. Son üç qarşılaşmada meydan sahibləri qalib gəlib. "Neftçi” axırıncı 6 görüşdə cəmi 1 qələbə əldə edib.
Azərbaycan Premyer Liqası, VI tur
24 sentyabr (bazar)
18:00. "Qəbələ” – "Neftçi”
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Elman Musayev, Ömər Paşayev
AFFA nümayəndəsi: Nüvər Xasıyev
Hakim-inspektor: Murad Məmmədov
Qəbələ şəhər stadionu
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Qarabağ" "Sumqayıt"ı 4:1, "Səbail" "Kəpəz"i 1:0 hesabı ilə yenib. "Zirə" - "İnter" matçında isə qalib müəyyənləşməyib.
banner

Oxşar Xəbərlər