• çərşənbə, 24 Aprel, 11:24
  • Baku Bakı 13°C

Funt 1 avroya kimi ucuzlaşa bilər

27.06.16 12:40 1294
Funt 1 avroya kimi ucuzlaşa bilər
İnvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
GBP
BREXIT-dən sonra son 30 ilin minimum səviyyəsinə kimi ucuzlaşan funt sterlinqin dollara nisbətən (GBP/USD) qiyməti cümə günü qismən artım istiqamətində korreksiyaya başlayıb. InvestAZ analitiklərinin fikrincə, valyuta cütlüyü üzrə qiymət 1.32$-ın üzərində möhkəmləndikcə, 1.44$-a kimi korreksiyaya davam edə biləcəyi ehtimal olunur. Əks təqdirdə, qiymət 1.32$-ı yenidən aşağı istiqamətdə kəsdikdən sonra eniş trendini bərpa edərək, 1.24$ və 1.16$-a kimi ucuzlaşa bilər.
EUR
Avronun da dollara nisbətən (EUR/USD) qiyməti cümə günü 1.09$-a kimi 4%-dən çox ucuzlaşdıqdan sonra artım istiqamətində korreksiyaya başlayıb. Artım istiqamətində korreksiya isə 1.13$-a kimi davam edə bilər. Lakin analitiklər uzun müddətli perspektivdə burada da qiymətin yenidən 1.05$ və 1.00$-a kimi ucuzlaşa biləcəyini proqnozlaşdırırlar.
TRY
Dünya birjalarında BREXIT riski dollara olan tələbatı artırmış və bahalaşdırmışdır. Türk lirəsi də dolların bahalaşması fonunda ucuzlaşan valyutalar arasındadır. Belə ki, dolların türk lirəsinə nisbətən (USD/TRY) qiyməti cümə günü 2.83TL-dən 2.99TL-ə kimi dəyər qazanmışdır, yəni türk lirəsi ucuzlaşmışdır. Yaxın gələcək günlər ərzində isə cütlük üzrə qiymətin 3.19TL və 3.34TL-ə kimi də bahalaşa biləcəyi gözlənilir.
OIL
Avropanın Brent markalı neftinin bir barel qiyməti keçən həftə ərzində 47$-dan 51$-a kimi bahalaşdıqdan sonra dolların dünya birjalarında bahalaşması nəticəsində qismən dəyər itirib. InvestAZ analitikləri, hal-hazırda enerji bazarlarında yuxarıda vurğulanan səviyyələr aralığında hərəkət edən, neft qiymətlərinin yaxın gələcəkdəki istiqamətini müəyyən etmək üçün həmin səviyyələrin müvafiq olaraq aşağı və ya yuxarı istiqamətdə kəsilməsini gözləməyin önəmli olduğunu bildirirlər.
GOLD
Digər əmtəə bazarlarında isə qızılın bir unsiya qiyməti dünya iqtisadiyyatında artan risklər fonunda bahalaşmağa başlayıb. Təkcə cümə günü 9% bahalaşan qiymətlərin daha da bahalaşacağı gözlənilir. Yeni artım trendinə başlayan qızılın qiymətləri 1247$ üzərində möhkəmləndikcə, 1395$ və 1587$-a kimi bahalaşa biləcəyi proqnozlaşdırılır ki, bu da 12 - 27%-lik gəlir imkanı deməkdir.
Risk bildirişi.
"Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və "İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır"-deyə açəqlamada bildirilir.
banner

Oxşar Xəbərlər