Fuad Qəhrəmanlı ilə Zümrüd Yağmurun boşanma məhkəməsi növbəti dəfə təxirə düşdü

Fuad Qəhrəmanlı ilə Zümrüd Yağmurun boşanma məhkəməsi növbəti dəfə təxirə düşdü

Kriminal
04 Noyabr 2019, 15:07 511
Abşeron Rayon Məhkəməsində hakim Elman Məmmədovun sədrliyi ilə Zümrüd Yağmurun həyat yoldaşı Fuad Qəhrəmanlıya qarşı boşanma ərizəsi əsasında məhkəmə prosesi növbəti dəfə təxirə salınıb.
Bu barədə Trend-ə Z.Yağmurun vəkili Zibeydə Sadıqova məlumat verib.
Vəkil bildirib ki, hakim prosesi növbəti dəfə təxirə salıb. İş üzrə növbəti məhkəmə prosesi noyabrın 7-nə təyin olunub.
Qeyd edək ki, məhkəmə prosesi artıq 3-cü dəfədir ki, təxirə salınır.
Xatırladaq ki, Zümrüd Yağmur AXCP sədrinin sabiq müavini Fuad Qəhrəmanlı ilə nikahının pozulması məqsədilə Abşeron rayon Məhkəməsinə müraciət edib.