• cümə, 29 Mart, 06:37
  • Baku Bakı 5°C

Fuad Musayev Yasamal qəbiristanlığında dəfn olunacaq

17.06.17 20:00 1365
Fuad Musayev Yasamal qəbiristanlığında dəfn olunacaq
AFFA-nın ilk prezidenti Fuad Musayevin cənazəsi bu gecə Rusiyanın paytaxtı Moskvadan Bakıya gətiriləcək. Qurumun keçmiş baş katibi Çingiz İsmayılovun "Report"a verdiyi məlumata görə, F.Musayevlə vida mərasimi iyunun 18-də Təzə Pir məscidində keçiriləcək.
Saat 14:00-da qılınacaq cənazə namazının ardından mərhum Yasamal qəbiristanlığında valideynlərinin yanında dəfn olunacaq.
Qeyd edək ki, Fuad Musayev ötən gün böyrəyindəki problem üzündə 79 yaşında ikən dünyasını dəyişib. O, 1992 - 2003-cü illərdə AFFA-nın prezidenti olub.
banner

Oxşar Xəbərlər