• cümə axşamı, 18 aprel, 21:28
  • Baku Bakı 21°C

Fransız-Azərbaycan Universitetinə direktor təyin olunub

14.12.16 16:48 1099
Fransız-Azərbaycan Universitetinə direktor təyin olunub
Fransız-Azərbaycan Universitetinə (UFAZ) direktor təyinatıolub.Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlının təqdimatı, Təhsil Nazirliyinin razılığı iləADNSU-nunnəzdində fəaliyyət göstərən UFAZ-adirektor vəzifəsinə Vazeh Əsgərov təyin edilib.UniversitetdənAPA-ya verilən xəbər görə, bu gün Vazeh Əsgərov universitet rəhbərliyinin iştirakı ilə kollektivə təqdim olunub.

UFAZ-ın direktorunu təqdim edən ADNSU rektoru, professor M.Babanlı onun təyinatının Strasburq Universiteti tərəfindən də təsdiqləndiyini qeyd edib.

V.Əsgərovun uzun illər ərzində Strasburq Universitetində təhsil aldığını və çalışdığını, bu səbəbdən Fransatəhsil sisteminə yaxşı bələd olduğunu vurğulayan rektor M.Babanlı onun öz təcrübəsini UFAZ-da da tətbiq edəcəyini və universitetin statusunu daha da yüksəldəcəyinə inandığını bildirib.

Dosent Vazeh Əsgərov UFAZ-a direktor təyin olunması ilə bağlı ona göstərilən etimada görə təşəkkürünü ifadə edib və bu etimadı doğrultmaq üçün səylərini əsirgəməyəcəyini bildirib.
banner

Oxşar Xəbərlər