• cümə axşamı, 25 aprel, 15:30
  • Baku Bakı 23°C

Fransalı yazıçı ADNA-nın qonağı oldu

29.06.15 18:30 1467
Fransalı yazıçı ADNA-nın qonağı oldu
Fransalı yazıçı, Şərq mədəniyyətilə yaxından maraqlanan və bu istiqamətdə bir sıra nəşrlərin, o cümlədən “Şərqə Səyahət - Mərkəzi Asiya yollarında tənha” kitabının müəllifi Alise Plane Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) qonaq olub. Universitetin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan-Fransa Dostluq Cəmiyyətinin vitse- prezidenti Reyhan Hüseynova və digər nümayəndələrin müşayiətilə təhsil ocağında qarşılanan qonağı ADNA-nın rektoru vəzifəsini müvəqqəti icra edən professor Vaqif Qurbanov qəbul edib.
V.Qurbanov qonağa Azərbaycan Dövlət Neft Akademiyası, onun tarixi və ənənələri haqqında məlumat verib. Daha sonra yazıçı xanım ADNA-nın neft-qaz sənayesində rolu və əhəmiyyəti barədə daha ətraflı məlumat almaq üçün bir sıra kafedralara baş çəkib. Daha sonra qonaqların ADNA-nın Tarix Muzeyinə ekskursiyası təşkil olunub. Bu gəzinti yazıçı Alise Planenın ADNA haqqında yetərli məlumat toplaması üçün əlavə geniş imkanlar açıb.
R.Hüseynova bildirib ki, 10 nəfərdən ibarət fransalı yazıçının Azərbaycana səfəri Cəmiyyətin xətti, Mədəniyyət və Turizm mazirliyinin maliyyə dəstəyilə baş tutub. Azərbaycan Haqqında kitabın hazırlanması layihəsi çərçivəsində ölkəmizdə səfərdə olan fransalı yazıçını müşayət edən heyətin hər birinin müxtəlif sahələr üzrə istiqamətlənərək məlumat toplamaları, ümumilikdə Azərbaycan və onun mədəniyyəti haqqında bir kitab ərsəyə gətirmələri nəzərdə tutulur. ADNA-da səfərdə olan Alise Plane isə məhz Azərbaycanın neft-qaz sənayesi üzrə cərəyan edən tarixi və müasir proseslərini qələmə alacaq.
Aygün

banner

Oxşar Xəbərlər