• cümə axşamı, 18 aprel, 21:58
  • Baku Bakı 21°C

Fransalı senator: Aİ diplomatiyasının rəhbəri Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında daha da maraqlı olmalıdır

18.12.17 13:30 1096
Fransalı senator: Aİ diplomatiyasının rəhbəri Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında daha da maraqlı olmalıdır
Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında daha da maraqlı olmalıdır.
Bunu Trend-ə Aİ-nin ilk dəfə "Şərq Tərəfdaşlığı"nın bütün ölkələrinin ərazi bütövlüyünün onların beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində dəstəklənməsi üzrə öhdəliklərinə sadiqliyini təsdiq edən "Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə qətnaməsi"ni şərh edən Fransa Senatının Xarici işlər komitəsinin sədr müavini, senator Natali Qule deyib.
N.Qule qeyd edib ki, nəhayət, Aİ "Şərq Tərəfdaşlığı" ölkələrinin ərazi bütövlüyünü dəstəkləyən bəyanat verdi.
Senator əlavə edib ki, indi bu bəyanatın konkretləşdirilməsini gözləmək qalır:"Mən fəaliyyətə üstünlük verirəm. Hesab edirəm ki, parlament diplomatiyası əsas alətdir. Biz Avropa Parlamenti ilə və bu məsələyə cəlb olunmuş və məlumatlı parlamentarilərlə birgə işləməliyik".
banner

Oxşar Xəbərlər