• cümə, 19 Aprel, 10:41
  • Baku Bakı 13°C

Fransadan Azərbaycana erməni xahişi

20.05.13 08:33 1544
Fransadan Azərbaycana erməni xahişi
Fransa parlamentinin üzvü Valeri Buaye ölkənin Xarici İşlər Nazirliyinə yazılı sorğu göndərərək Ermənistanla bu ölkənin işğal etdiyi Azərbaycanın Dağlıq Qarabağ regionu arasında hava əlaqəsinin bərpa olunmasının zəruriliyini vurğulayıb, Xocalı aeroportunun açılması ideyasını dəstəkləməyə çağırıb.
APA-nın «Nouvelles d`Arménie» saytına istinadən yaydığı məlumata görə, deputat sorğusunda Fransanın ATƏT-in Minsk Qrupuna həmsədrlik etdiyini xatırladaraq İrəvanla Xankəndi arasında birbaşa hava əlaqəsinin yaradılmasına dəstək verməyi xahiş edib. Valeri Buaye nazirlikdən bu istiqamətdə atılacaq addımlarla bağlı məlumat verilməsini istəyib.
Qeyd edək ki, Valeri Buaye qondarma "erməni soyqrımı” haqqında qanun layihəsinin təşəbbüskarıdır. O artıq üç dəfə bu qanun layihəsinin Fransa Milli Asambleyasının müzakirəsinə təqdim edib.
banner

Oxşar Xəbərlər