• çərşənbə axşamı, 19 mart, 11:09
  • Baku Bakı 8°C

Fransada yanğınsöndürənlərin etiraz aksiyasında polislə qarşıdurma olub

29.01.20 14:30 1734
Fransada yanğınsöndürənlərin etiraz aksiyasında polislə qarşıdurma olub
Fransada yanğınsöndürənlər pensiya islahatlarına etiraz olaraq ümumi nümayiş ediblər.
AZƏRTACxəbər verir ki, yanğınsöndürənlər aylıq məvaciblərinin artırılmasını və əvvəlki pensiya sisteminin saxlanmasını tələb edirlər. Parisdə nümayişçilər Respublika meydanından Nasyon meydanına doğru yürüş ediblər. Nümayişçilərlə polis arasında qarşıdurma yaranıb.
Qeyd edək ki, yanğınsöndürənlər, eyni zamanda, təcili tibbi xidmət də göstərirlər. Onlar ötən il dekabrın 2-dən Respublika meydanında qurduqları çadırlarda yaşayır və bununla pensiya islahatına etirazlarını bildirirlər.

banner

Oxşar Xəbərlər