• cümə, 29 Mart, 19:12
  • Baku Bakı 14°C

Fransada Qarabağın azad edilməsinin zəruriliyi vurğulanıb - YENİLƏNİB

27.10.14 18:07 1070
Fransada Qarabağın azad edilməsinin zəruriliyi vurğulanıb - YENİLƏNİB
Otyabrın 27-də Parisdə Yelisey sarayında Azərbaycan prezidenti İlham Əliyev və Fransa prezidenti Fransua Ollandın görüşü olub. “AzərTAc” dövlət agentliyinin verdiyi məlumata görə, sarayın qarşısında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İ. Əliyev fəxri qarovul dəstəsinin qarşısından keçib.
Fransa prezidenti F. Olland Azərbaycan prezidenti İ. Əliyevi qarşılayıb.
Görüşdə Azərbaycanla Fransa arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib. Enerji, aerokosmik sənaye, hərbi-texniki, təhsil, metro inşaatı və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu qeyd edilib. “Cənub” dəhlizi enerji layihəsinin reallaşması ətrafında fikir mübadiləsi aparılıb.
Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların vəziyyəti, münaqişənin beynəlxalq hüquq normalarına əsasən, bununla bağlı indiyədək qəbul edilmiş sənədlərə uyğun ədalətli həlli ətrafında fikir mübadiləsi aparıldı. Münaqişə ilə bağlı “status-kvo”nun dəyişilməsinin, işğal olunmuş ərazilərin azad edilməsinin zəruriliyi vurğulanıb.
----------
16:55

Fransa Prezidenti Fransua Olland Azərbaycan Prezidenti İlham Əliyevi Parisdə Yelisey Sarayında qarşılayıb.
Bu barədə Trend "Reuters" agentliyinə istinadən məlumat verir.
Məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Serj Sarkisyanın Dağlıq Qarabağ münaqişəsini müzakirə etmək üçün Parisdə görüşəcəyi gözlənilir.
banner

Oxşar Xəbərlər