• cümə axşamı, 18 aprel, 09:42
  • Baku Bakı 12°C

Fransada məhkəmə keçmiş SSRİ-dən olan 22 nəfər barəsində hökm çıxarıb

29.03.17 11:15 910
Fransada məhkəmə keçmiş SSRİ-dən olan 22 nəfər barəsində hökm çıxarıb
Fransada məhkəmə keçmiş SSRİ ölkələrindən olan və mütəşəkkil cinayətkar qruplaşma yaratmış şəxslər barəsində 8 aydan 9 ilə qədər azadlıqdan məhrumetmə qərarı çıxarıb.
"Report" xəbər verir ki, bu barədə "France Presse" məlumat yayıb.
Məlumatda bildirilir ki, 22 nəfərlik qruplaşmanın üzvləri müxtəlif cinayət əməllərində müqəssir biliniblər. Qruplaşma üzvləri 2011-ci ildən 2013-cü ilədək müxtəlif cinayət əməlləri törədiblər.
Bordo şəhərinin məhkəməsi oğurluqlarda, zorla pul qoparmaqda,qaçaqmalçılıqda və digər cinayətlərdə müqəssir sayılan Azərbaycan, Gürcüstan, Ermənistan, Özbəkistandan olan şəxslərin cinayətlərini sübuta yetirib.
Cinayətkar dəstənin 41 yaşlı rəhbəri Artur Yüzbaşıyev 9 il müddətinə azadlıqdan məhrum edilib.
banner

Oxşar Xəbərlər