AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Fransa Suriyaya qarşı hərbi əməliyyatların vaxtını açıqladı

Fransa Suriyaya qarşı hərbi əməliyyatların vaxtını açıqladı

Təfsilat
31 Avqust 2013, 11:18 1110
APA-nın AFP agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Fransa prezidenti Fransua Olland bildirib. Onun sözlərinə görə, Fransa Dəməşq rejiminə qarşı qəti və məqsədyönlü addımların atılmasını istəyir.

Böyük Britaniya parlamentin Suriyaya qarşı əməliyyatlarda iştirak etməkdən imtina etməsi ilə bağlı qərarı şərh edən Fransa prezidenti bildirib ki, hər ölkə qərar verməkdə azaddır. Bir müddət əvvəl isə F. Olland Fransanın Suriyada kimyəvi silahdan istifadə edənləri cəzalandırmağa hazır olduğunu bildirib.

Fransa Milli Assambleyasının üzvü Alan Vidalis isə bildirib ki, sentyabrın 4-də Suriya böhranı ilə bağlı fövqəladə sessiya keçiriləcək.

Fransa Müdafiə nazirliyinin mətbuat katibi Pyer Beyl ölkənin Silahlı Qüvvələrin hazırlıq vəziyyətinə gətirildiyini deyib.