• cümə, 29 Mart, 17:38
  • Baku Bakı 14°C

Fransa Prezidenti: Ramazan, Pasxa, Pessax dini bayramları həmişəki kimi qeyd edilməyəcək

25.03.20 12:00 1216
Fransa Prezidenti: Ramazan, Pasxa, Pessax dini bayramları həmişəki kimi qeyd edilməyəcək
Cari ilin aprelində olacaq bütün dini bayramlar (Pasxa, Pesax və Ramazan) həmişə olduğu kimi qeyd edilməyəcək.
AZƏRTACxəbər verir ki, Fransa Prezidenti ölkədəki dinlərin, (İslam, yəhudi, katolik, protestant, buddist, ortodoks), eləcə də, dünyəvi və franmason assosiasiyaların rəhbərləri ilə audiokonfrans keçirib. Konfransdan sonra Fransa Prezidenti qeyd edib ki, bu il dini bayramlar həmişəki kimi keçirilməyəcək. Dini bayramların virtual formada keçirilməsi mümkünlüyünə baxılmalıdır. Ölkədə koronavirus epidemiyası ilə bağlı vəziyyəti nəzərə alaraq, dini bayramlar adət edildiyi kimi qeyd edilə bilməz.
Qeyd edək ki, bu il Pasxa bayramı aprelin 6-dan 12-ə qədər, Pessax (yəhudi pasxası) aprelin 9-dan 16-na təsadüf edir, Ramazan ayı isə aprelin 24-dən başlayacaq.

banner

Oxşar Xəbərlər