• cümə, 29 Mart, 19:01
  • Baku Bakı 14°C

Fransa hökuməti ciddi etirazlar nəticəsində pensiya islahatı ilə bağlı geri addım atıb

12.01.20 09:15 403
Fransa hökuməti ciddi etirazlar nəticəsində pensiya islahatı ilə bağlı geri addım atıb
Fransa hökuməti pensiya islahatına qarşı etiraz aksiyalarının 38-ci günü islahatlara dair layihədə yaş həddinin artırılmasını nəzərdə tutulan müddəanı geri götürüb.
AZƏRTACxəbər verir ki, həmkarlar təşkilatlarından bəziləri hökumət tərəfindən mühüm jest edildiyini bildirsələr də, digərləri islahat layihəsi tam ləğv olunana qədər etirazları davam etdirməyə çağırıblar.
Daxili İşlər Nazirliyi yanvarın 11-də keçirilən aksiyalarda 149 min, həmkarlar ittifaqları isə 150 mini Parisdə olmaqla ümumilikdə 500 min nəfərin iştirak etdiyini bildirib. "Sarı jilet”lər isə təkcə sarı rəngli geyimdə olan etirazçıların sayının 344 min 156 olduğunu qeyd ediblər.
Həmkarlar təşkilatları yanvarın 16-da ümumi tətil və nümayişə çağırıblar.
banner

Oxşar Xəbərlər