Fransa çempionatı dayandırılacaq
Koronavirus
Fransada da idman yarışlarına təsir edib.
Kaspi.az xəbər
verir ki, koranavirusla bağlı pandemiya elan edildikdən sonra bəzi ölkələrdə
idman yarışları dayandırılıb. Məlumata görə, Fransa çempionatı da
dayandırılacaq.
Böyük ehtimalla,
ya bu gün, ya da sabah Fransada çempionatının dayandırılması ilə bağlı qərar
çıxarılacaq. Çempionatın 1 ay müddətində dayandırılacağı gözlənilir.