• cümə axşamı, 25 aprel, 03:06
  • Baku Bakı 19°C

Frank-Valter Ştaynmayer: "Donald Trampın prezident seçilməsi köhnə dünya nizamına son qoydu"

22.01.17 13:30 1546
Frank-Valter Ştaynmayer: "Donald Trampın prezident seçilməsi köhnə dünya nizamına son qoydu"
Almaniya xarici işlər naziri Frank-Valter ŞtaynmayerDonald Trampın ABŞ prezidenti seçilməsinin bir epoxaya son qoyduğu qənaətindədir.
APA-nın məlumatına görə, Frank-Valter Ştaynmayerbunu "Bild am Sonntag” nəşrinə yazdığı məqaləsində qeyd edib.
Almaniya xarici işlər naziri bildirib ki, D. Trampın prezident seçilməsi ilə XX əsrin köhnə dünyası nəhayət, keçmişdə qaldı: "XXI əsrdə dünya nizamına baxışın necə olacaq, dünyanın sabah necə görünəcəyi hələ müəyyənləşdirilməyib. Bu sual açıq qalır. Dünya ictimaiyyəti təlatümlərə, o cümlədən hakim rejimlərin dəyişməsinə hazır olmalıdır”.
Frank-Valter Ştaynmayerməqaləsində rəsmi Berlinin ABŞ-ın yeni administrasiyası ilə dialoqa can atacağını, öz mövqeyi, dəyərləri və maraqlarını çatdıracağını vurğulayıb.
Qeyd edək ki, xarici işlər naziri postunu tərk etməyə hazırlaşan Frank-Valter ŞtaynmayerAlmaniyada prezidentliyə ən real namizəddir. Onun namizədliyini xristian demokratlar, sosialistlər dəstəkləyir.
banner

Oxşar Xəbərlər