• cümə, 19 Aprel, 15:19
  • Baku Bakı 25°C

Frank Fleiçmann: atıcılıq üzrə Avropa çempionatı həqiqətən də çox yaxşı təşkil olunub

30.07.17 15:43 1429
Frank Fleiçmann: atıcılıq üzrə Avropa çempionatı həqiqətən də çox yaxşı təşkil olunub
Bakı Atıcılıq Mərkəzi çox yüksək səviyyədə inşa edilib, burada idmançılar və qonaqlar üçün bütün lazımi şərait yaradılıb. Atıcılıq üzrə Avropa çempionatı isə həqiqətən də çox yaxşı təşkil olunub.
Bu sözləri Bakıda keçirilən atıcılıq üzrə Avropa çempionatının 300 metr məsafədə kişilər arasında fərdi yarışlarının gümüş, komanda hesabında isə bürünc mükafatçısı almaniyalı Frank FleiçmannAZƏRTAC-a müsahibəsində deyib.
O, bildirib ki, yarışlar çətin keçsə də, çempionatda medal qazandığı üçün çox sevinir. "Etiraf edim ki, medal qazanacağıma inanmırdım. Bu gün şans mənimlə oldu və iki medal qazandım” – deyə almaniyalı idmançı əlavə edib.
banner

Oxşar Xəbərlər