• cümə, 26 Aprel, 02:19
  • Baku Bakı 16°C

Formula 1 yarışları – 70 il

13.05.20 16:00 815
Formula 1 yarışları – 70 il
Yetmiş il əvvəl - 1950-ci il mayın 13-də Silverstounda Formula 1 üzrə birinci Qran-Pri təşkil olunub.
AZƏRTACxəbər verir ki, hələ İkinci Dünya müharibəsindən əvvəl milli avtomobil federasiyaları yeni formatda avtoidman yarışının təşkilini təklif etmişdilər. Müharibə yeni yarışın təşkilinə mane olsa da, 1949-cu ildə Beynəlxalq Avtomobil Federasiyası bir il sonra Formula A yarışlarının keçiriləcəyini açıqlamışdı.
Beləliklə, birinci Qran-Pri mayın 13-də Londonun şimal-qərbində yerləşən Silverstoundakı hərbi aerodromda baş tutub. Daha sonra Formula 1 adlandırılan yürüş hazırda dünyada çox populyar yarışlardan biridir.
Yarışı izləyənlər arasında Kral IV Georq, şahzadə Yelizaveta və digər məşhur simalar da yer alıblar.
Birinci Qran-Prinin qalibi isə İtaliyanın "Alfa Romeo” komandasının pilotu Cüzeppe Farina olub.
Azərbaycan 2016-cı ildən Formula 1 Qran-Prisinə yüksək səviyyədə ev sahibliyi edir.
banner

Oxşar Xəbərlər